Prezident: "Azərbaycan Avrasiyanın etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır"

2025/09/1758465392.jpg
Oxunub: 167     09:30     15 İyun 2026    
Azərbaycan təkcə regionun deyil, eləcə də bütövlükdə Avrasiyanın etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

Prezident bildirib ki, dost və qardaş ölkələrlə, xüsusən Türk Dünyası ilə birlikdə atılan qətiyyətli addımlar beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır:

"Ailəmiz olan Türk Dünyasını XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevirir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   Azərbaycan   İlham-Əliyev  


Bizi "telegram"da izləyin