Rusiya Kiyevə kütləvi zərbə endirib: 4 nəfər ölüb, 23 nəfər yaralanıb

2026/01/1767513449.jpg
Oxunub: 212     09:25     15 İyun 2026    
Rusiya iyunun 15-nə keçən gecə Kiyevə (Ukrayna) kütləvi zərbə endirib, nəticədə 4 nəfər ölüb və 23 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko teleqram kanalında bildirib.

"Yenilənmiş məlumatlara əsasən, Kiyevdə 23 yaralının olduğu məlumdur, onların arasında uşaq var. Çox təəssüf ki, ölənlərin sayı 4 nəfərə çatıb", - o, teleqramda yazıb.

Tkaçenkonun sözlərinə görə, Kiyev kütləvi hibrid hücuma məruz qalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Kiyev  


Bizi "telegram"da izləyin