Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib

2025/11/1763122520.jpg
Oxunub: 240     18:49     28 İyun 2026    
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanının Ras Tanura bölgəsində 14 nəfərin həyatını itirməsi ilə nəticələnən helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkəsində paylaşım edib.

"Ras Tanurada 14 nəfərin həyatına son qoyan faciəvi helikopter qəzası bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə, eləcə də Səudiyyə Ərəbistanı Krallığının hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk", - paylaşımda bildirilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Ras Tanura şəhərində "Saudi Aramco" şirkətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində azı 14 nəfər həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN   Səudiyyə   Helikopter   Azərbaycan  


Bizi "telegram"da izləyin