Paşinyanın komanda yoldaşı parlament sədrinin müavini vəzifəsinə namizəd göstərilib

2026/06/1782645576.jpg
Oxunub: 249     15:18     28 İyun 2026    
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Arusyak Culhakyan parlament sədrinin müavini vəzifəsinə namizəd göstərilib.

Ordu.az xəbər verir ki, bu barədə Culhakyan iyunun 28-də Ermənistan Konstitusiya Məhkəməsinin binası yaxınlığında jurnalistlərə açıqlamasında bildirib.

Bundan əvvəl parlament sədrinin müavini vəzifəsinə Alxas Qazaryan və Vahaqn Aleksanyanın da namizəd olduqları açıqlanmışdı.

Eyni zamanda “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin iclasında Ruben Rubinyanın parlament sədri vəzifəsinə namizədliyi təsdiqlənib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Culhakyan  


Bizi "telegram"da izləyin