Aİ zəlzələdən zərər çəkmiş Venesuelaya 5 milyon avro yardım ayırıb

2025/12/1764677977.jpg
Oxunub: 263     12:23     28 İyun 2026    
Avropa İttifaqı Venesuelada baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasına dəstək məqsədilə 5 milyon avro məbləğində təcili yardım ayırıb.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodrigeslə keçirdiyi telefon danışığından sonra X sosial şəbəkəsində paylaşım edib.

Kallas bildirib ki, telefon danışığı zamanı zəlzələnin yaratdığı ağır vəziyyət müzakirə olunub. Onun sözlərinə görə, Aİ zərər çəkmiş yaşayış məntəqələrinə operativ humanitar yardım göstərilməsi üçün artıq 5 milyon avro vəsait ayırıb. Bundan əlavə, Avropa Mülki Müdafiə Mexanizmi aktivləşdirilib və bir sıra üzv ölkələr hadisə zonasına axtarış-xilasetmə qrupları, yanğınsöndürənlər və tibb işçiləri göndəriblər.

O, həmçinin qeyd edib ki, Aİ-nin "Kopernik" peyk sistemi də Venesueladakı xilasetmə əməliyyatlarına dəstək verir. Sistem əldə olunan məlumatlar vasitəsilə yardımın ən çox ehtiyac duyulan bölgələrə daha səmərəli çatdırılmasına imkan yaradır.

Xatırladaq ki, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında qeydə alınıb. Təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki güclü yeraltı təkan baş verib. Zəlzələlərin episentrləri Yaracuy ştatında bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib. Təbii fəlakətdən sonra bölgədə təxminən 300 afterşok qeydə alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Venesuela   Zəlzələ  


Bizi "telegram"da izləyin