SEPAH Pezeşkianın orduya 20 milyon barel neft ayrılması barədə xəbərini təsdiqləməyib

2026/06/1782221797.jpg
Oxunub: 292     13:00     28 İyun 2026    
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hökumətin onlara 20 milyon barel neft verməsini təsdiqləməyib.

Ordu.az xəbər verir ki, bunu SEPAH-ın sözçüsü Hüseyn Mohəbbi bildirib.

"Bunun doğru olduğuna şübhə edirəm", - H. Mohəbbi vurğulayıb və məsələ ilə bağlı heç bir məlumatının olmadığını deyib.

Onun sözlərinə görə, döyüş əməliyyatları aparmaq üçün silahlı qüvvələri dəstəkləmək hökumətin vəzifəsidir: "Təbii ki, düşmənə qarşı durmaq və müxtəlif bölmələri təchiz etmək üçün büdcəyə ehtiyacı var. Hökumət bu büdcəni təmin etməyə borcludur.

Hökumətin həqiqətən SEPAH-a neft verməsi barədə məndə məlumat yoxdur və bunun baş verdiyinə şübhə edirəm, çünki Korpusun bunun üçün mexanizmi mövcud deyil".

Xatırladaq ki, iyunun 19-da "Bloomberg", 21-də isə "Iran International" ölkə Prezidenti Məsud Pezeşkianın hökumətə məxsus 20 milyon barel xam nefti hərbi potensialın, xüsusilə Hava-Kosmik Qüvvələrinin təchizatı və maliyyə imkanlarını gücləndirmək məqsədilə SEPAH-a təhvil verdiyi barədə məlumat yayıb. "O, ölkənin hərbi qüvvələrinin dəstək olmadan fəaliyyət göstərə bilməyəcəyini vurğulayaraq, bu qərarı müdafiə edib", - məlumatda bildirilib.

Qeyd edək ki, bu qərar İranda ağırlaşan sosial-iqtisadi böhran fonunda bir çox müxalif dairələr tərəfindən tənqidlə qarşılanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   Pezeşkian  


Bizi "telegram"da izləyin