Tramp: “Avropalı müttəfiqlər Hörmüz boğazında təhlükəsiz keçidə yardım etməyə hazırdır”

2026/05/1779950914.jpg
Oxunub: 215     21:01     17 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropadakı müttəfiq ölkələr Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması üçün ABŞ-yə yardım etməyə hazır olduqlarını bəyan ediblər.

Ordu.az xəbər verir ki, bu barədə CNN televiziya kanalı məlumat yayıb.

Tramp jurnalistlərin İran tərəfindən yerləşdirildiyi ehtimal olunan minaların zərərsizləşdirilməsi prosesinə hansı ölkələrin qoşulmağa hazır olduğu barədə sualını cavablandırarkən “hamısı” ifadəsini işlədib.

ABŞ Prezidenti qeyd edib ki, lazımi texniki imkanlara malik ölkələr artıq prosesdə iştirak etmək istəklərini bildiriblər və müttəfiqlər bu təşəbbüsə dəstək verəcəklərini təsdiqləyiblər.

Bununla yanaşı, Tramp vurğulayıb ki, İranla əldə edilən razılaşmadan sonra Hörmüz boğazının fəaliyyətinin bərpası üçün ABŞ-nin Avropanın köməyinə ehtiyacı yoxdur.

O əlavə edib ki, buna baxmayaraq, Avropa ölkələrinin minatəmizləmə gəmiləri ayırması ümumi təhlükəsizliyə mühüm töhfə ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Hörmüz  


Bizi "telegram"da izləyin