Polşa və Almaniya arasında müdafiə sahəsində saziş imzalanıb

2026/06/1781711159.jpg
Oxunub: 192     19:25     17 İyun 2026    
Almaniya və Polşanın müdafiə nazirləri Boris Pistorius ilə Vladislav Kosinyak-Kamış müdafiə əməkdaşlığı haqqında saziş imzalayıblar.

Ordu.az xəbər verir ki, bu barədə PAP agentliyi məlumat yayıb.

Qeyd olunub ki, saziş ilk növbədə hərbi mobillik, infrastrukturun inkişafı, logistik təminat, dənizçilik sahələrini, xüsusən də Baltik dənizində əməkdaşlığı, kibertəhlükəsizlik və kosmik fəzanı əhatə edir.

İmzalanma mərasimi Varşavada baş tutub. Qeyd edilib ki, yeni saziş 2011-ci ildə hökumətlər arasında imzalanmış əvvəlki sənədi əvəz edəcək.

"Təşəbbüs Mərkəzi-Şərqi Avropadakı mövcud təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla, cari operativ əməkdaşlığın sistemləşdirilməsinə yönəlib. Bu sənəd NATO və Avropa İttifaqı çərçivəsindəki müdafiə mexanizmlərini tamamlayacaq", – Polşanın Müdafiə Nazirliyindən bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Almaniya  


Bizi "telegram"da izləyin