Meloni Ukrayna münaqişəsi üzrə Aİ danışıqçısı vəzifəsinə namizəd təklif edəcək

2026/05/1779291870.jpg
Oxunub: 196     21:24     17 İyun 2026    
İtaliyanın Baş naziri Ciorcia Meloni Avropa İttifaqının (Aİ) qarşıdan gələn sammitində Ukrayna münaqişəsi üzrə Aİ danışıqçısına namizəd təklif etməyi planlaşdırır.

Ordu.az xarici mediaya istinadən xəbər verir ki, Meloni bu barədə Fransada keçirilən "G7" sammitinin yekunlarına dair bəyanatında bildirib.

Onun sözlərinə görə, "Böyük Yeddilik" ölkələri liderlərinin görüşü zamanı onlar Ukrayna məsələsi üzrə ABŞ Prezidenti Donald Trampla razılığa gəliblər.

"Düşünürəm ki, böyük Avropa ölkələrindən birindən olan bir şəxsi təklif etmək çox çətin olardı. Bu, razılaşmanın əldə olunmasını çətinləşdirəcək, buna görə də mən Avropa İttifaqının orta güclü ölkələrinə müraciət edərdim", - Meloni bildirib.

Qeyd edək ki, Aİ sammitinin 18-19 iyun tarixlərində keçirilməsi planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meloni   Ukrayna   İtaliya  


Bizi "telegram"da izləyin