Türkiyə və İspaniya müdafiə sənayesi arasında strateji əməkdaşlıq razılaşması imzalanıb

2026/06/1781717255.jpg
Oxunub: 241     21:26     17 İyun 2026    
“Eurosatory 2026” sərgisi çərçivəsində Türkiyə və İspaniya arasında müdafiə və aviasiya sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş mühüm sazişlər imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə OSTİM Müdafiə və Aviasiya Klasteri məlumat yayıb.

Məlumata görə, Parisdə keçirilən dünyanın aparıcı müdafiə sənayesi sərgilərindən biri olan “Eurosatory 2026” Türkiyə ilə İspaniya arasında sektoral əlaqələrin inkişafına xidmət edən razılaşmalara ev sahibliyi edib.

Türkiyə Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Gökhan Uçarın müşahidəçi qismində iştirak etdiyi imzalanma mərasimi müdafiə sənayesi nümayəndələrinin geniş iştirakı ilə keçirilib.

İlk protokol tədbirlərin təşkili ilə məşğul olan qurumlar arasında imzalanıb. NGF Fuarçılıq AŞ-nin baş direktoru Erdal Usta və Feria Valencia-nın baş direktoru Mariano Klemente tərəfindən imzalanan sənəd iki ölkənin sərgi və təşkilatçılıq təcrübələrinin birləşdirilməsini nəzərdə tutur.

İkinci sənəd isə regional və sektoral əməkdaşlığın inkişafına yönəlmiş niyyət memorandumu olub. Sənəd OSSA İdarə Heyətinin sədri İbrahim Yarsan və Valensiya hökumətinin sənaye üzrə nazir müavini Felipe Karrasko tərəfindən imzalanıb.

Razılaşma çərçivəsində Türkiyə və İspaniyanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən KOB-larının və əsas sənaye müəssisələrinin inteqrasiyasının sürətləndirilməsi hədəflənir.

İbrahim Yarsan bildirib ki, bu əməkdaşlıq yalnız ticari əlaqələrlə məhdudlaşmayacaq, eyni zamanda uzunmüddətli texnologiya mübadiləsi və ortaq istehsal imkanlarının formalaşmasına xidmət edəcək.

Razılaşmaya əsasən, 2026-cı il oktyabrın 14-16-da Ankarada “IDA Türkiyə Müdafiə və Aviasiyada Sənaye Əməkdaşlığı Günləri”, 2027-ci il sentyabrın 22-24-də isə Valensiyada “IDA İspaniya Müdafiə və Aviasiyada Əməkdaşlıq Günləri” keçiriləcək.

Tərəflər hesab edirlər ki, imzalanan sənədlər hər iki ölkənin müdafiə və aviasiya sənayesinin bazar payının artırılmasına, texnologiya transferinə və ortaq istehsal imkanlarının genişləndirilməsinə töhfə verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İspaniya  


Bizi "telegram"da izləyin