Xocalıda salınmış intensiv meyvə bağları ilə tanışlıq olub

2026/06/1781708950.jpg
Oxunub: 194     19:01     17 İyun 2026    
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində keçirilən iclasının iştirakçıları iyunun 17-də Xocalı rayonu ərazisində "Agro-Lid" MMC tərəfindən salınmış intensiv meyvə bağları ilə tanışlıq olublar.

Ordu.az xəbər verir ki, iclas iştirakçılarına MMC-nin Xocalı rayonu ərazisindəki fəaliyyətləri haqqında məlumat verilib.

Daha əvvəl Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib və "Qoç Ət"in heyvandarlıq kompleksi ilə tanışlıq olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xocalı   Meyvə-bağları  


Bizi "telegram"da izləyin