İran və Çin İslamabad memorandumunu müzakirə edib

2026/06/1781721081.jpg
Oxunub: 176     22:20     17 İyun 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Çinin xarici işlər naziri Van İ arasında telefon danışığı baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə “Tehran Times” məlumat yayıb.

Məlumata görə, tərəflər Tehran və Vaşinqton arasında əldə edilmiş İslamabad memorandumunu müzakirə ediblər.

Əraqçi sənədin müddəalarını ətraflı izah edərək bildirib ki, İran və Çin bu razılaşmanın yaratdığı imkanlardan istifadə edərək enerji və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirə bilərlər.

O, Çinə danışıqlar prosesinə verdiyi dəstəyə görə təşəkkür edib və vurğulayıb ki, razılaşmanın tam və düzgün icrası, o cümlədən bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması ABŞ-nin məsuliyyətidir.

Van İ isə İranın xarici təzyiqlərə qarşı dayanıqlığını və məsuliyyətli diplomatik yanaşmasını yüksək qiymətləndirib.

Çinli nazir razılaşmaların dəqiq icrasının vacibliyini vurğulayaraq Pekinin prosesin həyata keçirilməsinə, regional əməkdaşlığın gücləndirilməsinə və bölgədəki problemlərin həllinə dəstək verməyə hazır olduğunu bildirib.

Tərəflər həmçinin beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının dəstəyinin vacibliyini qeyd ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Çin  


Bizi "telegram"da izləyin