Ordu.az xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.
İsrail tərəfinin iddiasına görə, öldürülən şəxslər 7 oktyabr 2023-cü ildə İsrail ərazisinə edilən hücumda iştirak ediblər.
"İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzi hissəsinə endirdiyi dəqiq zərbə ilə HƏMAS-ın hərbi qanadının snayper bölməsinin komandirini və daha bir HƏMAS terrorçusunu öldürüb. Onlar Qəzza zolağında fəaliyyət göstərən İsrail ordusu qoşunları üçün birbaşa təhlükə yaradırdı", - bəyanatda bildirilib.
Ölənlərin adları qeyd edilməyib.
Ordu.az