Putinin xüsusi nümayəndəsi yenidən Gürcüstana səfər edib

2026/06/1781721558.jpg
Oxunub: 184     22:41     17 İyun 2026    
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy iyunun 14-15-də Tbilisidə səfərdə olub.

Ordu.az xəbər verir ki, bu barədə “Gruziya Online” məlumat yayıb.

Məlumata görə, Şvıdkoy Tbilisidə yerləşən CAVEA kinoteatrında Moskva Musiqili Teatrının “Sirk şahzadəsi” və “Revers” müzikllərinin ekran versiyalarının nümayişində iştirak edib.

Tədbirdə çıxış edən Rusiya rəsmisi bildirib ki, mədəniyyət siyasi qərarlar olmadan da ölkələr arasında etimad mühitinin tədricən bərpasına kömək edə bilər.

Şvıdkoy film nümayişlərini gürcü auditoriyası ilə mədəni əməkdaşlığın perspektivli formatı adlandırıb və müasir Rusiya incəsənətinin, kinematoqrafiyasının və səhnə layihələrinin Gürcüstanda təqdim olunmasında maraqlı olduqlarını vurğulayıb.

O, həmçinin Rusiyanın mədəni əlaqələrə açıq olduğunu qeyd edərək, gürcü kollektivlərinin Rusiyaya mütəmadi qastrol səfərlərini və rus səhnələrində çalışan gürcü sənətçilərin fəaliyyətini xatırladıb.

Qeyd edək ki, bu, son üç ay ərzində Mixail Şvıdkoyun Gürcüstana ikinci səfəridir. O, daha əvvəl mart ayında Rusiya nümayəndə heyətinin tərkibində Tbilisidə olmuşdu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şvıdkoy   Gürcüstan   Rusiya  


Bizi "telegram"da izləyin