Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

2025/08/1756211214.jpg
Oxunub: 219     17:04     16 İyun 2026    
Azərbaycan və Özbəkistanın baş nazirləri Əli Əsədov və Abdulla Aripovun iştirakı ilə iki ölkə arasında sənədlər imzalanıb.

Ordu.az-ın "Report"a istinadən verdiyi məlumata əsasən, sənədlər "AzerGold" QSC-nin iştirakı ilə Özbəkistanda qızıl yatağının birgə işlənilməsini, həmçinin "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Özbəkistanın aidiyyəti qurumu arasında bank sahəsində əməkdaşlığı və NEQSOL Holding şirkətinin iştirakı ilə Özbəkistanda əhəmiyyətli faydalı qazıntıların birgə işlənilməsini nəzərdə tutur.

Qeyd edək ki, Ə.Əsədov Özbəkistan tərəfinin dəvəti ilə V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Daşkənd   Azərbaycan   Özbəkistan  


Bizi "telegram"da izləyin