Ordu.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası yanında fəaliyyət göstərən Elmi-Ekspert Şurasının MDB Problemləri Komitəsinin iclasında bildirilib.
Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, iclasda Cənubi Qafqaz ölkələri ilə münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
İclası açan Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov vurğulayıb ki, regiondakı mövcud vəziyyət diqqətlə izlənilməlidir və regional problemlərin həlli üçün regional yanaşmalar tapılıb tətbiq edilməlidir.
Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) rektoru Anatoli Torkunovun sədrliyi ilə keçirilən iclasda iştirakçılar dünyada geosiyasi proseslərin daha da mürəkkəbləşməsi fonunda Cənubi Qafqaz respublikaları ilə ikitərəfli münasibətlərin inkişaf imkanlarını təhlil ediblər.
Alpər Mövludoğlu
Ordu.az