Merts Paşinyanı qələbə münasibətilə təbrik edib

2026/06/1780408343.jpg
Oxunub: 197     20:57     08 İyun 2026    
Almaniya kansleri Fridrix Merts Ermənistanın Baş naziri Nikol Paşinyanı rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Baş nazir Nikol Paşinyanı və Ermənistan xalqını təbrik edirəm. Böyük təzyiqlərə baxmayaraq, Ermənistan xalqı açıq şəkildə demokratiya və sülhü seçib. Ermənistanla ikitərəfli və Avropa çərçivəsində əməkdaşlığımızın daha da dərinləşdirilməsini səbirsizliklə gözləyirəm”, - deyə Almaniya kansleri bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Merts   Paşinyan  


Bizi "telegram"da izləyin