Litvanın Baş naziri Ermənistanın Baş nazirini təbrik edib

2026/06/1780932376.jpg
Oxunub: 226     19:18     08 İyun 2026    
Litvanın Baş naziri İnqa Ruqinyene Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində “Vətəndaş Müqaviləsi” partiyasının əldə etdiyi qələbə münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə Litva hökumət başçısı sosial şəbəkə hesabında paylaşım edib.

Ruqinyene qeyd edib ki, Ermənistan xalqı bir daha demokratik dəyərlərin, regional sabitliyin və Avropa gələcəyinin tərəfdarı olduğunu nümayiş etdirib.

“Biz tərəfdaşlığımızın dərinləşdirilməsini və Ermənistanın Avropa İttifaqı ilə daha sıx əlaqələr qurması yolunda ona dəstək verməyi səbirsizliklə gözləyirik”, - deyə o yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litvan   Ermənistan  


Bizi "telegram"da izləyin