Panama Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək istəyir

2025/05/1747207841.jpg
Oxunub: 190     18:20     08 İyun 2026    
Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kintero Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb.

Ordu.az təbrik məktubunu təqdim edir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Panama xalqı və Hökuməti adından, həmçinin öz adımdan ən səmimi təbriklərimi, xalqınıza davamlı rifah və tərəqqi arzularımı çatdırmaqdan şərəf duyuram.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünü qeyd edərkən, Panama ilə Azərbaycanı birləşdirən dostluq və əməkdaşlıq əlaqələrini, qarşılıqlı anlaşmanı daha da möhkəmləndirməklə bağlı səmimi arzumuzu bildirməklə yanaşı, sülhə və inkişafa sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Panama   Azərbaycan  


Bizi "telegram"da izləyin