İran İsrailə ciddi zərər vurduğunu açıqlayıb

2026/06/1780926166.jpg
Oxunub: 238     17:35     08 İyun 2026    
İran son hücumları zamanı İsrailə ciddi zərər vurduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının rəsmi nümayəndəsi Ebrahim Zülfəqari açıqlama verib.

Zülfəqarinin sözlərinə görə, işğal olunmuş ərazilərdə yerləşən həssas və mühüm hədəflərə qarşı həyata keçirilən yeni əməliyyat dalğası zamanı qarşı tərəf ağır və dağıdıcı zərbələr alıb.

O bildirib ki, İsrail İran Silahlı Qüvvələrinin uğurlu hücum əməliyyatlarının nəticələrini birbaşa hiss edib.

Bu açıqlama İranın son günlər İsraillə qarşılıqlı zərbələr fonunda həyata keçirdiyi əməliyyatlarla bağlı verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin