Narendra Modi Nikol Paşinyanı təbrik edib

2026/06/1780922473.jpg
Oxunub: 288     16:40     08 İyun 2026    
Hindistanın Baş naziri Narendra Modi Ermənistanın Baş naziri Nikol Paşinyanı rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, Modi bununla bağlı paylaşımını “X” sosial şəbəkəsində edib.

Hindistan hökumət başçısı bildirib ki, “Vətəndaş Müqaviləsi” partiyasının təsirli qələbəsi Ermənistan xalqının Nikol Paşinyanın liderliyinə və baxışlarına olan davamlı etimadını əks etdirir.

Modi qeyd edib ki, Hindistan və Ermənistan arasında mövcud olan isti və tarixi dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Paşinyanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Modi   Paşinyan  


Bizi "telegram"da izləyin