Avstriyanın federal kansleri Paşinyanı təbrik edib

2026/06/1780932336.jpg
Oxunub: 203     19:16     08 İyun 2026    
Avstriyanın federal kansleri Kristian Ştoker Ermənistanın Baş naziri Nikol Paşinyanı rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, Ştoker bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Baş nazir Nikol Paşinyanı seçkilərdə qazandığı qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ermənistan Respublikası xalqı demokratik yola, eləcə də ölkənin dayanıqlılığının, suverenliyinin və rifahının möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib. Avstriya sülh, regional sabitlik və Avropa İttifaqı ilə daha sıx münasibətlər yolunda Ermənistanın yanındadır”, - deyə Ştoker bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstriya   Ermənistan  


Bizi "telegram"da izləyin