Gürcüstan parlamentinin sədri Avropa İttifaqını Ermənistanda müxalifətçilərin həbslərinə susmaqda ittiham edib

2026/06/1780922230.jpg
Oxunub: 241     16:30     08 İyun 2026    
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqını Ermənistanda müxalif siyasətçilərin həbslərinə münasibət bildirməməkdə ittiham edib.

Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.

Papuaşvili bildirib ki, Ermənistanda seçkilər ərəfəsində onlarla müxalif siyasətçi həbs olunub, lakin Avropa İttifaqı bu faktla bağlı heç bir reaksiya verməyib.

O qeyd edib ki, hər hansı şəxs cinayət törədibsə, onun həbs olunması hüququn aliliyinin tələbidir.

Gürcüstan parlamentinin sədri vurğulayıb ki, əgər bu yanaşma Vaşinqton, Berlin və İrəvan üçün məqbul hesab olunursa, Tbilisi üçün də eyni şəkildə qəbul edilməlidir.

Papuaşvilinin sözlərinə görə, hər bir cinayət işi prokurorluğun ittihamına və Strasburq məhkəmə təcrübəsinə əsaslanır ki, bu da Gürcüstan ədliyyəsinin haqlı olduğunu təsdiqləyir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin