Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas Kiprdə keçirilən Aİ müdafiə nazirlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Kallas qeyd edib ki, nazirlər İranın Hörmüz boğazını bağlamağa yönəlmiş fəaliyyətlərini qəbuledilməz hesab etdiklərini bəyan ediblər.
Onun sözlərinə görə, buna cavab olaraq Avropa İttifaqına üzv ölkələr boğazın bağlanması ilə əlaqəsi olan İran vətəndaşları və şirkətlərinə qarşı sanksiyaları təsdiqləyiblər.
Kallas vurğulayıb ki, bu, Avropa İttifaqının gəmiçilik azadlığının qorunması məqsədilə ilk dəfə tətbiq etdiyi sanksiya rejimidir və gələcəkdə də bu mexanizmdən istifadə olunacaq.
O, həmçinin İran və İsrail arasında qarşılıqlı zərbələri şərh edərək bildirib ki, regionda genişmiqyaslı müharibənin yenidən başlaması çox ciddi nəticələrə səbəb ola bilər və bütün tərəflər danışıqlar masasına qayıtmalıdır.
Sevinc Əliyeva
Ordu.az