İsrail ordusu Beyrut ətrafında "Hizbullah" obyektinə zərbə endirib

2026/06/1780395688.jpg
Oxunub: 260     20:03     07 İyun 2026    
İsrail Müdafiə Ordusu Livanın paytaxtı Beyrutun cənubundakı Dahiyada "Hizbullah" qruplaşmasının obyektinə zərbə endirib, ölən və yaralananlar var.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib.

"Baş nazir Netanyahu və müdafiə naziri İsrael Katsın göstərişlərinə əsasən, İsrail Müdafiə Ordusu "Hizbullah" tərəfindən İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq Beyrutun Dahiya rayonunda qruplaşmanın qərargahına hücum edib", - bəyanatda bildirilir.

Livanın Milli İnformasiya Agentliyi isə bildirib ki, İsrail hərbçilərinin Beyrutdakı Dahiya rayonuna endirdiyi aviazərbələr nəticəsində iki nəfər həlak olub, 11 şəxs yaralanıb.

Daha əvvəl İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir Qəzza zolağından Dahiya rayonuna zərbə endirilməsini təsdiqləyib: "İki qırıcı təyyarə "Hizbullah" qruplaşmasının qərargah binasına 10 döyüş sursatı atıb".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah   Livan  


Bizi "telegram"da izləyin