Nigeriya hərbçiləri 360 girovu azad ediblər

2023/12/1703566650.jpg
Oxunub: 239     18:55     07 İyun 2026    
Nigeriyanın təhlükəsizlik qüvvələri xüsusi əməliyyat zamanı Borno ştatında yaraqlılar tərəfindən dağ sığınacağında saxlanılan 360 kişi, qadın və uşağı azad ediblər.

Ordu.az xəbər verir ki, bu barədə hərbçilərin məlumatlarına istinadən "Reuters" bildirib.

"Əsirlikdə olan iki uşaq taqətdən düşmə və ağır saxlanma şəraiti səbəbindən həlak olub", - onlar bildiriblər.

Məlumata görə, sakinlər ştatın cənub hissəsindəki Mandara dağlarının dərinliklərində "Boko Haram"ın əsas fraksiyası olan JAS qruplaşmasının üzvləri tərəfindən saxlanılırdılar. Onlar müəyyən müddət ərzində bu ərazidəki müxtəlif yaşayış məntəqələrindən qaçırılıblar.

Qeyd olunur ki, xilasetmə əməliyyatı tərkibinə xüsusi təyinatlıların da daxil olduğu və JAS yaraqlılarını qaçmağa məcbur edən birləşmiş əməliyyat qrupu tərəfindən həyata keçirilib.

Nigeriya hökuməti uzun illərdir ki, təhlükəsizlik təhdidləri, xüsusən də yerli dəstələr tərəfindən insanların kütləvi şəkildə qaçırılması, silahlı qruplaşmaların fəaliyyətinin genişlənməsi, maldarlar və əkinçilər arasındakı münaqişələrlə üzləşir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nigeriya   Əsirlik  


Bizi "telegram"da izləyin