Hakan Fidan: Hörmüz boğazının statusu aktuallaşıb

2024/07/1720975084.jpg
Oxunub: 296     18:16     07 İyun 2026    
Türkiyə müvafiq təşəbbüs göstəriləcəyi təqdirdə Hörmüz boğazının minalardan təmizlənməsinə kömək etməyə hazırdır.

Ordu.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu Koreya Respublikasının "JTBC" televiziya kanalına verdiyi müsahibədə bildirib.

"Biz həll yolu axtarışının bir hissəsi olmağa və xahiş olunarsa, qarşı tərəflər arasında davam edən bu prosesi asanlaşdırmağa hazırıq. Beləliklə, tərəflər arasında razılıq əldə olunarsa və ya bizdən boğazın minalardan təmizlənməsi prosesinə töhfə verməyimiz istənilərsə, bunu məmnuniyyətlə edəcəyik", - deyə o əlavə edib.

Hörmüz boğazının tam açılması perspektivlərindən danışan Fidan xatırladıb ki, əvvəlcə ABŞ və İran arasında danışıqlar nüvə məsələləri ətrafında gedirdi, lakin mövcud vəziyyət nəzərə alınmaqla Hörmüz boğazının statusu daha da aktuallaşıb.

"Bəzi hesablamalara görə, Hörmüz boğazı daha bir neçə ay bağlı qalarsa, bəzi Afrika ölkələri ərzaq çatışmazlığı ilə üzləşəcək. Bu, hər kəs üçün qlobal kabusa çevriləcək. Buna görə də hər iki tərəf Hörmüz boğazının açılmasına diqqət yetirməyə və daha sonra nüvə danışıqlarına keçməyə can atır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Hörmüz  


Bizi "telegram"da izləyin