Overçuk: “Moskva İrəvana daim bildirir ki, Avropa İttifaqı hərbi-siyasi birliyə çevrilib”

2026/06/1780640555.jpg
Oxunub: 263     17:02     07 İyun 2026    
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Moskva uzun illərdir İrəvana Avropa İttifaqının artıq iqtisadi birlikdən hərbi-siyasi birliyə çevrildiyini çatdırır.

Ordu.az xəbər verir ki, bu barədə Overçuk “İnterfaks” agentliyinə müsahibəsində danışıb.

“Biz bunu Ermənistana daim demişik və bu söhbətlər bir il deyil, daha uzun müddətdir aparılır. Təbii ki, bütün bunlar qapalı formatda baş verib, çünki bunu ictimailəşdirmək istəmirdik”, - deyə o bildirib.

Overçukun sözlərinə görə, Avropa İttifaqı artıq əvvəlki iqtisadi inteqrasiya qurumu deyil.

“Bu gün bu, faktiki olaraq hərbi-siyasi birliyə çevrilmiş və ölkəmizə qarşı düşmən münasibətini açıq şəkildə bəyan edən bir qurumdur”, - deyə Rusiya rəsmisi vurğulayıb.

O əlavə edib ki, Moskva bu məsələyə erməni tərəfdaşlarının, dostlarının və müttəfiqlərinin diqqətini çəkməyə davam edir.

“Biz onların nə etdikləri barədə düşünmələrini istəyirik”, - deyə Overçuk bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan  


Bizi "telegram"da izləyin