Ordu.az xəbər verir ki, bu barədə Köçəryan Ermənistanda keçirilən parlament seçkilərində səs verdikdən sonra verdiyi müsahibədə danışıb.
“Əgər Nikol Paşinyan getməsə, bu, çox pis sonluqla nəticələnəcək”, - deyə o bildirib.
Köçəryan “pis sonluq” dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirmək xahişinə isə hər kəsin bunu öz təxəyyülü çərçivəsində anlamasını tövsiyə edib.
Müxalifətə qarşı təzyiqlər gözləyib-gözləmədiyi barədə suala cavabında erməni siyasətçi bunun gözlənilən olduğunu deyib.
“Əlbəttə ki, gözləyirdik. Onlar repressiv mexanizmi işə saldılar. Dünən Antikorrupsiya Komitəsinin benefisi idi. Hər yarım saatdan bir hansısa cəfəngiyyatla informasiya gündəmi yaradırdılar. Məqsəd müxalif fəalları təcrid etmək və qərargahların işini pozmaq idi. Səhərdən insanları təcrid etmişdilər. 48 saat sonra onları azad edəcəklər, amma həmin 48 saat ərzində işləməli idilər. Bu, psixoloji cəhətdən qeyri-sabit isterik bir insanın əsəbi qıcolmalarıdır”, - deyə Köçəryan bildirib.
O, həmçinin Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanla uzun müddətdir əlaqə saxlamadığını təsdiqləyib.
Alpər Mövludoğlu
Ordu.az