Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Məlumata görə, komitədə başlanmış cinayət işi çərçivəsində “Güclü Ermənistan” partiyalar blokunun deputatlığa namizədinin parlament seçkilərində həmin blokun lehinə səs vermələri şərti ilə Lori vilayətinin bir sıra sakinlərinə seçki rüşvəti verməsi barədə faktiki məlumatlar əldə olunub.
Hadisə ilə bağlı başlanmış cinayət işi üzrə bir neçə nəfər saxlanılıb. Bundan əlavə, axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilib.
Alpər Mövludoğlu
Ordu.az