Kosovoda son 18 ay ərzində üçüncü parlament seçkiləri keçirilir

2026/06/1780812886.jpg
Oxunub: 276     10:08     07 İyun 2026    
Kosovoda bu bazar günü son 18 ay ərzində artıq üçüncü dəfə parlament seçkiləri keçirilir.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, seçkilər ölkədə dərinləşən siyasi böhran və Avropa İttifaqı ilə NATO-ya yaxınlaşmağa çalışan Kosovoda seçicilərin artan narazılığı fonunda baş tutur.

Növbədənkənar səsvermə siyasi qüvvələrin mart ayının sonunadək Kosovo Prezidenti Vyoza Osmaninin varisinin müəyyənləşdirilməsi ilə bağlı razılığa gələ bilməməsindən sonra təyin edilib.

Baş nazir Albin Kurtinin rəhbərlik etdiyi “Vetëvendosje” partiyası ötən ilin dekabrında keçirilmiş əvvəlki növbədənkənar seçkilərdən sonra parlamentdə inamlı çoxluğu qoruyub saxlayır. Lakin prezidentin seçilməsi üçün 120 deputatdan ən azı 80-nin dəstəyi tələb olunur və nə hakim partiya, nə də müxalifət bu göstəriciyə nail ola bilib.

Siyasi dalan vəziyyəti fonunda tərəflər böhranın uzanmasına görə bir-birini ittiham edirlər. Bu arada təxminən iki milyon əhalisi olan ölkədə narazılıq artır. Bir çox vətəndaş hesab edir ki, hakimiyyət siyasi qarşıdurmalar əvəzinə iqtisadiyyat və həyat səviyyəsinin yaxşılaşdırılmasına diqqət yetirməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kosovo   Seçki  


Bizi "telegram"da izləyin