WSJ: Tramp yalnız ABŞ hərbçiləri həlak olarsa İranla atəşkəsdən imtina edəcək

2026/05/1779712104.jpg
Oxunub: 270     05:44     04 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp yaxın ətrafına bildirib ki, yalnız amerikalı hərbçilərin həlak olması halında İranla qüvvədə olan atəşkəs rejimindən imtina edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp öz köməkçilərinə bildirib ki, Tehran ABŞ hərbçilərini öldürərsə, İranla mövcud atəşkəs rejiminin dayandırılması məsələsinə baxa bilər.

Mənbələr vurğulayıblar ki, tərəflər arasında davam edən qarşıdurma xarakterli insidentlərə baxmayaraq, atəşkəs rejimi qüvvədə qalır.

“The Wall Street Journal” qeyd edib ki, Trampın hərbi əməliyyatları yenidən başlamaqda maraqlı olmaması onun Yaxın Şərqdə daha genişmiqyaslı münaqişədən yayınmaq üçün hətta həftələr və ya aylar ərzində məhdud gərginliklə barışmağa hazır olduğunu göstərə bilər.

Xatırladaq ki, Tramp çərşənbə günü Ağ Evdə jurnalistlərə açıqlamasında İranla aparılan danışıqların gedişindən razı qaldığını bildirib.

ABŞ Prezidenti danışıqların müsbət nəticə verə biləcəyini istisna etməyərək, həftənin sonuna qədər uğurlu razılaşmanın əldə olunması ehtimalının olduğunu qeyd edib.

Onun sözlərinə görə, İran nəzəri olaraq saziş imzalamağa yaxındır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin