Pentaqon: ABŞ İran əleyhinə əməliyyatı davam etdirməyə hazırdır

2026/05/1779948754.jpg
Oxunub: 359     10:04     28 May 2026    
ABŞ Silahlı Qüvvələri İranla danışıqlar onun Tehranın nüvə silahı əldə etməsinin qarşısını alacaq razılaşma ilə nəticələnməzsə, hərbi əməliyyatları yenidən başlatmağa hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset bildirib.

“Ya danışıqlar aparan tərəflər onların heç vaxt nüvə silahına sahib olmamasına nail olacaqlar, ya da biz işi sona çatdırmaq üçün Müharibə Nazirliyinə müraciət etməli olacağıq. Biz buna hazırıq”, - deyə Heqset çərşənbə günü ABŞ Prezidenti Donald Trampın administrasiya üzvləri ilə keçirdiyi müşavirədə çıxış edərkən bildirib.

O, ABŞ-nin tətbiq etdiyi blokadanın İran limanlarına və iqtisadiyyatına ciddi zərbə vurduğunu qeyd edərək, hərbi təzyiqin Tehranı danışıqlar masasına oturmağa məcbur etdiyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ   İran  


Bizi "telegram"da izləyin