Ordu.az xəbər verir ki, müvafiq açıqlama ilə SEPAH mayın 28-də çıxış edib.
“Bu cavab düşmənin bilməsi üçün ciddi xəbərdarlıqdır ki, hücum cavabsız qalmayacaq və əgər bu təkrarlansa, cavabımız daha qəti olacaq”, - deyə açıqlamanın bir hissəsini “Tasnim” agentliyi “Telegram” kanalında yayıb.
SEPAH-da bildirilib ki, nəticələrə görə məsuliyyət ABŞ-nin üzərinə düşür.
Bir gün əvvəl Reuters agentliyi ABŞ-nin adı açıqlanmayan İran hərbi obyektinə zərbələr endirdiyini bildirmişdi. Amerika hərbçiləri həmçinin oxşar təhlükə yaradan bir neçə İran pilotsuz uçuş aparatını da ələ keçirib vurmuşdu.
Daha sonra Axios portalının jurnalisti Barak Ravid ABŞ-nin İran tərəfindən guya buraxılmış dörd pilotsuz uçuş aparatını məhv etdiyini açıqlayıb. Qeyd olunub ki, rəsmiyə görə, ABŞ hərbçiləri həmçinin yerdən İran pilotsuz uçuş aparatlarının buraxılış kompleksinə hücum edib.
Sevinc Əliyeva
Ordu.az