ABŞ “Cənub nizəsi” əməliyyatı çərçivəsində Sakit okeandakı gəmiyə hücum edib

2025/11/1762061457.jpg
Oxunub: 626     06:14     28 May 2026    
ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) “X” sosial şəbəkəsində narkotik daşıdığı ehtimal edilən gəmiyə zərbə endirildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, paylaşımda “Cənub nizəsi” əməliyyat qrupunun terror təşkilatları tərəfindən idarə olunduğu bildirilən gəmiyə ölümcül kinetik zərbə endirdiyi qeyd olunub.

Kəşfiyyat məlumatlarına əsasən, gəmi Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə olunan marşrutlarla hərəkət edib və qanunsuz narkotik dövriyyəsində iştirak edib.

SOUTHCOM-un məlumatına görə, hücum nəticəsində gəmidə olan iki nəfər məhv edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Sakit-okean   Narkotik  


Bizi "telegram"da izləyin