“Paşinyan Brüsselin vətəndaşların həyatını pisləşdirmək yanaşmasını bölüşür” - Zaxarova

2026/05/1779865667.jpg
Oxunub: 511     11:03     27 May 2026    
“Ermənistanın baş naziri Nikol Paşinyan Brüsselin vətəndaşların həyat səviyyəsini pisləşdirən yanaşmasını bölüşür”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunun efirində deyib.

“Xatırlayırsınızmı ki, Brüssel bürokratiyasının əsas praktik vəzifəsi öz ölkələrinin və birlik üzvü olan dövlətlərin vətəndaşlarının daha yaxşı deyil, daha pis yaşamasıdır.

Əgər Nikol Vovayeviç Paşinyan özünü məhz Brüssel bürokratiyası ilə assosiasiya edirsə, görünür, həmin yanaşmaları da qəbul edir”, - deyə Zaxarova bildirib.

O vurğulayıb ki, Avrasiya İqtisadi Birliyində əməkdaşlıq Avropa İttifaqından fərqli olaraq siyasiləşdirilməyib və qarşılıqlı hörmət, hüquq bərabərliyi, azad bazar, ədalətli rəqabət və qanunçuluq prinsipləri əsasında qurulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Paşinyan   Brüssel  


Bizi "telegram"da izləyin