Köçəryan: “Rubionun səfəri seçkilərə təsir cəhdidir”

2026/05/1779726020.jpg
Oxunub: 371     10:54     27 May 2026    
“Hayastan” blokunun lideri, Ermənistanın ikinci prezidenti Robert Köçəryan ABŞ dövlət katibi Marko Rubionun İrəvan səfərini seçkilərə müdaxilə cəhdi kimi qiymətləndirib.

Ordu.az xəbər verir ki, bu barədə Köçəryan Zəngəzur vilayətinin Mehri şəhərində seçkiqabağı kampaniya çərçivəsində jurnalistlərlə görüşü zamanı danışıb.

Köçəryan bildirib ki, Ermənistan hazırda geosiyasi rəqabət mərkəzinə çevrilir.

“Əlbəttə, seçkilərə bir neçə gün qalmış baş tutan belə tələsik və əvvəlcədən elan olunmamış səfər, gündəliyi və məqsədi ictimaiyyətə məlum olmadığı üçün bu cür qiymətləndirmələrə əsas verir.

Xüsusilə son dövrlərdə görürük ki, bəzi Avropa ölkələrinin nümayəndə heyətlərinin səfərləri artıq seçki kampaniyasının bir hissəsinə çevrilib. İmzalanan sənədlərin məzmununa baxdıqda qeyri-adi heç nə görünmür, lakin səfərin açıq şəkildə təbliğat xarakteri daşıdığı şübhə doğurmur.

Bunun nəyi pisdir? Biz geosiyasi rəqabətin mərkəzinə çevrilirik”, - deyə Köçəryan qeyd edib.

O qeyd edib ki, Rusiya tərəfindən müxalifətin xeyrinə heç bir açıqlama eşitməyib, halbuki Avropa ölkələrindən mövcud hakimiyyətin dəstəklənməsinə yönəlmiş bəyanatlar səslənir və bu artıq tendensiyaya çevrilib.

“Əgər 10-15 il əvvəl bu, mənfi hal hesab olunurdusa, indi hər şey bir-birinə qarışıb və bu vəziyyətə sakit yanaşmaq lazımdır”, - deyə keçmiş prezident bildirib.

Köçəryan baş verənləri seçkilərə təsir göstərmək cəhdi adlandırıb.

“Bu gün seçkilərə təsir etməyə çalışan tərəf bunu qarşı tərəfin də eyni addımları atması ilə əsaslandırır. Gərginliyin mərhələli və qarşılıqlı şəkildə artması yaxşı nəticə verməyəcək”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin