Aİ səfirliyi Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib

2025/09/1758085450.jpg
Oxunub: 410     10:01     27 May 2026    
Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfirliyi ölkə xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, təbrik diplomatik missiyanın "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

"Qurban Bayramınız mübarək! Bu xüsusi gündə biz Azərbaycan xalqına sülh, birlik və firavanlıq arzulayırıq. Qurban bayramı bizə həmrəylik, mərhəmət və səxavət dəyərlərini xatırladır. Bu bayram sizə və yaxınlarınıza sevinc, sağlamlıq və sülh gətirsin", - paylaşımda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Azərbaycan  


Bizi "telegram"da izləyin