“Hraparak”: Xarici himayədarlar Ermənistana köməyə gəlirlər

2026/05/1779860706.jpg
Oxunub: 410     09:44     27 May 2026    
ABŞ dövlət katibi Marko Rubionun İrəvana qısamüddətli səfəri Nikol Paşinyanın reytinqinə təsir etmək məqsədi daşıyırdı.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, Rubio dünən qısa səfərlə İrəvana gəlib, lakin “Zvartnots” hava limanının ərazisini tərk etməyib və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla prezident zalında yarım saatlıq görüş keçirib.

“Rubio Nikol Paşinyanla görüşməyib. Tərəflər arasında anlaşma memorandumu imzalandığı açıqlanıb. İmzalanan memorandum ciddi əhəmiyyət daşımayan sənəddir.

Mənbələrimizin sözlərinə görə, Rubionun səfəri yalnız Paşinyanın xeyrinə bir neçə əlavə səs toplamaq məqsədilə təşkil olunub. Məsələ ondadır ki, mayın əvvəlində Ermənistanda keçirilən Avropa İttifaqı sammiti sosioloji sorğulara əsasən müəyyən seqmentlərdə hakimiyyətin reytinqini cüzi şəkildə artırıb. “Vətəndaş Müqaviləsi” partiyasının xarici himayədarları indi eyni effekti yenidən təkrarlamağa çalışırlar”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rubio  


Bizi "telegram"da izləyin