Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, Ermənistan hakimiyyəti üç ildən artıqdır ordunun yeni hərbi forma ilə təminatı məsələsini həll edə bilmir, halbuki ordunun silahlandırılması və döyüş qabiliyyətinin artırılması ilə bağlı yüksək səviyyəli açıqlamalar verilir.
“Müdafiə naziri Suren Papikyan hələ 2023-cü il noyabrın 15-də parlamentdə hökumətlə sual-cavab zamanı bildirmişdi ki, yeni hərbi forma 2024-cü ilə qədər hazır olacaq. Hazırda isə artıq 2026-cı ilin ortalarıdır, lakin Ermənistan ordusu hələ də köhnə formalardan istifadə edir”, - deyə məqalədə qeyd olunub.
Nəşrin iddiasına görə, hakimiyyət təxminən 5 min yeni hərbi forma əldə edib və bəzi məlumatlara əsasən, bunlar ABŞ şirkətlərindən alınıb.
“Bu formalar mayın 28-də keçiriləcək hərbi paradda iştirak edəcək hərbçilərin istifadəsi üçün nəzərdə tutulub. Lakin komandanlığın məlumatına görə, bütün ordunun yeni formalarla təmin edilməsi yalnız gələn ilin sonuna qədər mümkün olacaq”, - deyə nəşr bildirib.
Həmçinin qeyd olunub ki, parad məşqləri adı altında artıq bir neçə gündür hərbi texnika paytaxt küçələrində hərəkət etdirilir.
“Mütəxəssislər bildiriblər ki, bunlar əsasən Hindistan istehsalı olan texnikalardır: pikap avtomobilləri və hərbi yük maşınları.
Silahlı qüvvələrin komandanlığı əvvəlcədən bu yeni texnikanın keyfiyyətindən narazı olub və görünür haqsız deyilmişlər. Bildirilib ki, məşqlər zamanı bir neçə pikapın mühərriki sıradan çıxıb”, - deyə nəşr vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az