Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, hakim komanda artıq seçkiqabağı yekun mitinqə hazırlaşır və bütün vilayət rəisləri, icma rəhbərləri İrəvana mümkün qədər çox insan gətirmələri üçün xəbərdar ediliblər.
“İzdihamlı mitinq keçirmək məqsədilə hətta dövlət işçilərindən də istifadə olunacaq, imtina edənlər isə işdən çıxarılmaqla hədələnirlər”, - deyə nəşr bildirib.
Qeyd olunub ki, mitinqin Respublika meydanında keçirilməsi planlaşdırılır.
“Nikol Paşinyanı dəstəkləyən din xadimlərinin də geniş iştirakı nəzərdə tutulur və bu vəzifə Ararat yeparxiyasının rəhbəri Navasard Kçoyanın üzərinə qoyulub. O, hakimiyyəti dəstəkləmək üçün mümkün qədər çox açıq və ya gizli din xadimi toplamalıdır.
Bu, əslində qələbə mitinqindən daha çox hakimiyyətin saxlanılması və qələbə ruhunun aşılanması mərasimi olacaq”, - deyə nəşr qeyd edib.
Məqalədə həmçinin bildirilib ki, iyunun 3-də “Güclü Ermənistan” partiyası da Respublika meydanında yekun mitinq keçirməyə hazırlaşır.
Alpər Mövludoğlu
Ordu.az