Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrin məlumatına görə, Rubio dünən 15 dəqiqəlik İrəvanın “Zvartnots” hava limanında Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb, strateji tərəfdaşlıq xartiyasını paraflayıb, qısa açılış və yekun nitqi söylədikdən sonra ölkəni tərk edib.
“İqtidar nümayəndələri bunu əsrin əməkdaşlığı və Ermənistan-ABŞ münasibətlərində yeni mərhələ kimi təqdim edir, ABŞ-nin Ermənistanın roluna nə qədər önəm verdiyini vurğulayırlar. Xüsusilə bu səfər fonunda ictimai və siyasi müzakirələrdə ABŞ-nin Ermənistandakı diplomatik təmsilçiliyi məsələsi yenidən aktuallaşıb. Əgər ABŞ Ermənistan üçün bu qədər vacibdirsə, niyə hazırda Ermənistanda ABŞ səfiri yoxdur?”, - deyə nəşr qeyd edib.
Nəşr xatırladıb ki, ötən ilin dekabrından ABŞ səfiri Kristina Kvin geri çağırılıb və onu müvəqqəti olaraq səfir müavini əvəz edir.
“Səfirlik əlbəttə fəal işləyir, lakin ABŞ-nin Ermənistanda rəsmi birinci şəxsi yoxdur”, - deyə müəllif qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az