Ordu.az xəbər verir ki, bu barədə dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşmış “Ambrey” şirkəti məlumat yayıb.
Şirkətin açıqlamasında qeyd olunub ki, dələduzlar İran rəsmiləri adından çıxış edərək kriptovalyuta ilə ödəniş tələb edir və Hörmüz boğazından keçidə zəmanət verdiklərini bildirirlər.
“Bu fəaliyyət dələduzların getdikcə daha yaradıcı üsullardan istifadə etdiyini göstərir və gəmiçilik şirkətləri ilə ekipajlar üçün maliyyə, əməliyyat və təhlükəsizlik riskləri yaradır”, - deyə məlumatda qeyd olunub.
Şirkət bildirib ki, guya İran rəsmiləri tərəfindən göndərilən məktublarda boğazdan keçid icazəsi müqabilində milyonlarla dollar məbləğində kriptovalyuta ödənişi tələb olunur.
Bundan əlavə, dələduzların ekipaj üzvləri ilə birbaşa əlaqə yaratmağa və onların kimliyini müəyyənləşdirməyə imkan verən məlumatları əldə etməyə çalışdığı vurğulanıb.
“Ambrey” əlavə edib ki, bu saxta elektron məktubların qurbanları yalnız maliyyə itkisi ilə deyil, həm də Hörmüz boğazından İran hakimiyyətinin icazəsi olmadan keçməyə çalışdıqları halda həyatlarını riskə atmaq təhlükəsi ilə üzləşirlər.
Şirkət qeyd edib ki, İran hakimiyyəti icazəsiz tranzitin qarşısını almaq üçün ticarət gəmilərinə qarşı güc tətbiq edib.
Sevinc Əliyeva
Ordu.az