Ordu.az xəbər verir ki, bu barədə o, Slovakiyanın GLOBSEC analitik mərkəzinin təşkil etdiyi forumda çıxışı zamanı danışıb.
“İranın siyasi sisteminin gələcəyi ölkə xalqından asılıdır. Hesab etmirəm ki, kənardan kiminsə bizə kimin rəhbərlik etməli olduğunu diktə etməsi doğru olar”, - deyə Qarqaş bildirib.
O qeyd edib ki, siyasi sistemin xalqın istəklərinə uyğun olub-olmaması və dəyişikliklərə ehtiyac duyulub-duyulmaması məsələsini iranlıların özləri həll etməlidirlər.
Qarqaş əlavə edib ki, BƏƏ İran xalqının seçiminə hörmət etməlidir.
2026-cı il mayın 14-də İranın xarici işlər naziri Abbas Əraqçi BƏƏ-ni ABŞ və İsrailin İrana qarşı aqressiyasında birbaşa iştirakda ittiham etmiş və ölkəsinin siyasətinə yenidən baxmağa çağırmışdı.
Sevinc Əliyeva
Ordu.az