Ordu.az xəbər verir ki, bu barədə Aİ Şurasının qərarında bildirilib.
Sənəddə qeyd olunub ki, Aİ Şurası İranla bağlı məhdudlaşdırıcı tədbirlərin əhatə dairəsinin genişləndirilməsi barədə qərar qəbul edib.
Bildirilib ki, əvvəlcə 2023-cü ildə Rusiyaya göstərildiyi iddia edilən hərbi dəstəyə görə tətbiq olunan mexanizm artıq İranın Yaxın Şərqdə gəmiçilik azadlığına təhdid yaradan fəaliyyətləri ilə əlaqəli fiziki və hüquqi şəxslərə də şamil ediləcək.
Aİ Şurasının mövqeyinə görə, İranın Hörmüz boğazındakı fəaliyyəti beynəlxalq hüquqa ziddir.
Qeyd olunub ki, yeni rejim çərçivəsində hələlik konkret tədbirlər tətbiq edilməyib və bunun daha sonra həyata keçiriləcəyi gözlənilir.
Məlumata əsasən, sanksiyalar ənənəvi olaraq Aİ ərazisinə giriş qadağası və aktivlərin dondurulmasını əhatə edəcək.
Sevinc Əliyeva
Ordu.az