Ordu.az xəbər verir ki, bu barədə əyalətin baş naziri Daniel Smit 2026-cı il mayın 21-də açıqlama verib.
Məlumata görə, referendum 2026-cı il oktyabrın 19-da keçiriləcək.
“Bizim hökumətdən xahiş edəcəyəm ki, daha əvvəl elan olunmuş və oktyabrın 19-na planlaşdırılmış referendum bülleteninə əlavə sual daxil etsin”, - deyə Smit Kanada Yayım Korporasiyasının (CBC) yayımladığı videomüraciətdə bildirib.
Onun sözlərinə görə, Alberta sakinlərinə əyalətin Kanadanın tərkibində qalmalı olub-olmaması və ya region rəhbərliyinin ölkə konstitusiyasında nəzərdə tutulmuş məcburi əyalət referendumu proseduruna başlamalı olub-olmaması ilə bağlı sual veriləcək.
Sevinc Əliyeva
Ordu.az