Fariz İsmayılzadə: "ADA Universitetinin məcburi köçkünlərlə bağlı layihəsi digər ölkələrə nümunə ola bilər"

2026/05/Ekran-1779358252.jpg
Oxunub: 265     13:55     21 May 2026    
ADA Universitetinin məcburi köçkünlərlə bağlı layihəsi digər ölkələrə nümunə ola bilər.

Ordu.az xəbər verir ki, bunu ADA Universitetinin prorektoru, deputat Fariz İsmayılzadə Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Akademiya və tədqiqat" adlı dəyirmi masada deyib.

Onun sözlərinə görə, ADA Universiteti hər il məcburi köçkünlər arasında sorğular keçirərək onların ehtiyaclarını, üstünlüklərini, peşə bacarıqlarını, iqtisadi vəziyyətlərini, gəlirlərini, ailə strukturunu və ən əsası, öz torpaqlarına qayıdıb yaşamaq, işləmək istəklərini öyrənir:

"Bu kompleks tədqiqat layihəsi məskunlaşma planlaşdırılması, yol infrastrukturu və ictimai xidmətlərin təşkil edilməsi üçün çox vacib məlumat bazası yaradıb. Fikrimcə, bu təcrübə olduqca uğurludur və digər ölkələr üçün də faydalı nümunə ola bilər. Xüsusilə, dövlət qurumlarının məlumat toplama prosesində universitetlərlə əməkdaşlığı effektiv və dayanıqlı yanaşmadır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fariz-İsmayılzadə   ADA  


Bizi "telegram"da izləyin