Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Su Komitəsi məlumat yayıb.
Məlumata görə, görüş əvvəlcə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsində, daha sonra “Crar” ASC-nin inzibati binasında baş tutub.
İclasda “Sərdarabad tənzimləyicisinin istismarı” və “Axuryan su anbarının istismarı” üzrə məsələlər müzakirə olunub.
“Crar” ASC-nin direktoru Tiqran Vardanyan çıxış edərək bildirib ki, imzalanmış sənədlər qarşılıqlı faydalı şərtlərlə hazırlanıb.
Görüş zamanı bir sıra mühüm razılaşmalar əldə olunub.
Alpər Mövludoğlu
Ordu.az