Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri mina təhlükəsizliyi ilə bağlı maarifləndiriliblər - FOTOLAR

2026/05/1779349211.jpg
Oxunub: 341     11:14     21 May 2026    
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndiriliblər.

Ordu.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Ağdam şəhəri və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən ailələr üçün bununla bağlı tədbir keçirilib.

Tədbirdə keçmiş məcburi köçkünlərə sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan müddətləri barədə məlumat verilib. Bildirilib ki, daimi yaşayış yerinə qayıdan şəxslər üçün müavinətin ödənilməsi üç illik müddət başa çatdıqdan sonra dayandırılır.

Görüşdə, həmçinin mina təhlükəsinə dair hazırlanmış videoçarxlar nümayiş etdirilib, sakinlər təhlükəsizlik qaydalarına əməl etməyə çağırılıb.

Qeyd olunub ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində məcburi köçkünlərlə mütəmadi maarifləndirici görüşlər keçirilir, məlumat kitabçaları və broşürlər təqdim olunur.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağdam   Cəbrayıl   Şükürbəyli  


Bizi "telegram"da izləyin