Ordu.az-ın məlumatına görə, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Nərgiz Qaracayeva Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, nümayəndəliyin əsas vəzifəsi sonrakı nəsillər üçün təhlükəsiz və uzunmüddətli gələcəyi təmin edə bilən iqtisadi cəhətdən davamlı və sabit icmaların yaradılmasından ibarətdir.
O, həmçinin qeyd edib ki, regionda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin meyarlarına uyğun olaraq dayanıqlı təcrübə standartlarının işlənib hazırlanması və tətbiqi üçün möhkəm əsas yaradılır.
"Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlər və Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə yönəlmiş "Böyük Qayıdış" dövlət proqramı da daxil olmaqla hərtərəfli strategiyalar hazırlayıb. Bu təşəbbüslər çərçivəsində Azərbaycan hökuməti sadəcə əvvəlki infrastrukturu bərpa etmir, əslində keçmiş məcburi köçkünlərin dayanıqlı surətdə məskunlaşması üçün sıfırdan yeni müasir şəhər sistemi formalaşdırır", - o deyib.
Ordu.az